ABA elmi disiplindir, bu terapiya və onun əsasında hazırlanan təlim metodları hazırda autizmin korreksiyasında ən effektiv vasitə kimi qəbul olunmuşdur. ABA vasitəsilə davranış formalaşma qanunlarını nəzərə alaraq konkret adamda, konkret təhlükəli və arzuolunmayan davranışların aradan qaldırılması, onların arzuolunan davranışlarla əvəz olunmasına səy göstərilir. ABA əsasında hazırlanan metodları həyatın müxtəlif sahələrində uğurla istifadə etmək olar. Həm uşaqlarda nitq və kommunikasiya bacarıqlarının formalaşdırılmasında, uşaqların məktəbdə düzgün davranışlarının formalaşdırılmasında, müəssisədə işçilərin davranışların dəyişdirilməsində, bir sözlə davranışa təsir göstərmək məqsədilə hər sahədə.
ABA əsasında formalaşan digər metodlar da var, ən əsasları:
* PRT (Pivotal Response Training)
* VBİ ( Verbal Behavior İntervention)
* ESDM (Early Start Denver Model)
ABA üstünlükləri:
autizm üçün effektivliyi sübuta yetirilmiş metoddur
ndividual proqram əsasında keçirilir
yaşın fərqi yoxdu; həm uşaqlara həm böyüklərə, həm autizmli həm neyrotipik olanlara tətbiq etmək olar. Məğzi motivasiyadır.
Hər bir uşaqla iş ABA mərkəzində fərdi tədris proqramı əsasında qurulur. Bu proqram ilkin bacarıqların test edilməsi nəticəsində hazırlanır. Qarşıya qoyulan məqsədlərə nail olduqca, uşağın proqramı yeni aktual hədəflərlə tamamlanır. ABA proqramının effektivliyinin təminatı ABA mütəxəssisi ilə sistematik məşğələlər və əldə edilmiş bacarıqların evdə valideynlər tərəfindən ümumiləşdirilməsidir.
ABA terapiyasında uşağın bacarıqları uğrunda mübarizəyə həmişə bütöv bir mütəxəssislər komandası qoşulur! “ABA Brain ACADEMY” ABA təlimçil’rı və kuratorları beynəlxalq səviyyəli sertifikatlı davranış analitiklərinin (supervayzerlərin) nəzarəti altında çalışırlar.