Autizm spektr Pozuntusu və bir çox inkişaf pozuntusu olan insanlar üçün effektivliyi sübuta yetirilmiş metoddur. İndividual (fərdi) tədris proqramı əsasında həyata keçirilir.
PECS Picture Exchange Communication System (şəkil mübadiləsi ünsiyyət sistemi) nitq problemləri olan autizm, serebral iflic, eşitmə əngəlli və digər inkişaf pozuntuları zamanı istifadə olunan alternativ ünsiyyət vasitəsidir.
PFA\SBT autizmli uşaqları olan ailələr üçün xoşbəxt bir həyata gedən yolun bacarıqlar vasitəsilə prosesdə fərdi yanaşmanın, davamlı dəstəyin və müsbət gücləndirmənin vacibliyini vurğulayır.
Əsas prinsipi : “Mənə bunu özüm etməyim üçün kömək et”. Bu prinsip, böyüklərin uşağın nəyə maraq göstərdiyini başa düşərək, onun maraqlı məşguliyyətlərlə təmin etməsini və ondan istifadə etməyi öyrətməsidir.
Mütəxəssis sayı
Çalışdığımız il
Dəyərləndirmə
Şagird sayı
Biz hər bir uşağın unikal olduğunu anlayırıq və fərdi yanaşırıq. Təlim metodlarımız uşağın ehtiyaclarına və bacarıqlarına əsaslanaraq tərtib olunur. Məqsədimiz, onların potensialını maksimum dərəcədə üzə çıxarmaq və inkişafını dəstəkləməkdir.
ƏtraflıGregori Henli metoduna əsaslanaraq, uşaqlarda problemli davranışların düzəldilməsinə yönəlmiş bir məkandır. Otaqda iki zona yaradılır, bunlardan birində uşağın bütün mükafatları yerləşir. Bu da öz növbəsində uşağın özünəinamını artırır və daha uyğun davranış modelləri formalaşdırır. Bu yanaşma, uşağın müsbət davranışları öyrənməsi və mənfi davranışların təkrarının qarşısını almaq üçün effektiv bir üsul kimi qəbul edilir.
TEACCH metodikasına əsaslanan, autizmli uşaqlara dəstək üçün xüsusi olaraq təchiz edilmiş bir məkandır. Belə otaqda, bütün materiallar və tapşırıqlar düzgün təşkil olunmuş, vizual göstərişlər və cədvəllərlə təmin edilir ki, bu da uşağa nə vaxt və nə etməli olduğunu başa düşməyə kömək edir. Məkan müstəqilliyin, sosial bacarıqların inkişafına və strukturlu yanaşmalarla və proqnozlaşdırıla bilən mühitlə ünsiyyətin yaxşılaşdırılmasına yönəlir.
Uşağın müstəqil öyrənməsinə və inkişafına şərait yaradan xüsusi təşkil olunmuş məkandır. Burada hündürlüyü uşağa uyğun rəflər, təbii materiallar və sensor, motor, dil və riyaziyyat fəaliyyətlərini əhatə edən tədris zonaları mövcuddur. Hər bir zona uşağın müxtəlif bacarıqlarını inkişaf etdirmək üçün xüsusi olaraq dizayn edilmişdir. Bu cür mühitdə uşaq tapşırıqları özü seçir və bununla da diqqətini cəmləməyi, müstəqilliyi və məsuliyyəti inkişaf etdirir.
Uşaqlarla əməkdaşlıq üçün etibar qurmaq, maraqlarını nəzərə almaq, tərifləmək və təşviq etmək vacibdir. Oyunlar və aydın təlimatlar qarşılıqlı əlaqəni gücləndirə bilər.
ABA terapiyasında bacarıqlar testlər, müşahidə və davranış təhlili vasitəsilə qiymətləndirilir ki, boşluqları aşkar edib təlim məqsədlərini müəyyənləşdirmək mümkün olsun.
АВА - proqramı bacarıqların qiymətləndirilməsi, fərdi tədris metodlarının seçilməsi və irəliləyişin müntəzəm izlənməsinə əsaslanır. Fərdlərin mövcud bilik və bacarıqları təhlil edilir
Direktor
Brain Academy haqqında məlumat almaq və məlumatlı olmaq üçün aşağıdakı formanı doldurun. Qısa zamanda sizinlə mütləq əlaqə saxlanılacaq.