cropped BrainAcademy logo

PECS

PECS və ya Picture Exchange Communication System (şəkil mübadiləsi ünsiyyət sistemi) nitq problemləri olan autizm,    serebral iflic, eşitmə əngəlli və digər inkişaf pozuntuları zamanı istifadə olunan alternativ ünsiyyət vasitəsidir.

PECS protokolu hələ 80-ci illərdə loqoped Lori Frost və ABA doktoru Endi Bondi tərəfindən tərtib edilmişdir. Sistemdə danışmağa çətinlik çəkən insanların ünsiyyətini yaxşılaşdırmaq üçün sözlər əvəzinə şəkillərdən istifadə nəzərdə tutulmuşdur.

Sistem 6 etapdan ibarətdir. Ödənişsiz vebinarımızda bu etapların hər biri haqqında spikerimiz ətraflı məlumat verəcək.

PECS sistemindən istifadə uşaqla münasibəti tənzimləməyə kömək edir, uşaqda arzuolunmaz davranışları azaldır, uşağa ünsiyyəti başlayan mövqeyində olmağa imkan yaradır.

PECS effektivliyi sübuta yetirilmiş müdaxilə metodudur. Həmçinin sübut olunmuşdur ki, PECS autizmli uşaqlarda tədricən şəkilləri sözlərlə əvəz edərək şifahi nitqin inkişafına səbəb olur.

PECS kartları alternativ ünsiyyət sistemidir. Ünsiyyət xüsusi kartların mübadiləsi vasitəsilə baş tutur. Bu kartlar problemi səbəbindən nitqi olmayan və ya dediyinin çoxları tərəfindən anlaşılmayan uşağın nitqini əvəz edir və ya tamamlayır.

 Xarici görünüşcə müxtəlif mövzulu şəkilləri olan adi kartlardır. Lakin onların istifadəsi autizmli uşaqlarda nitq, abstrakt təfəkkür, verbal nitq anlamasını  inkişaf etdirir, həyat keyfiyyətini və sosiallaşma səviyyəsini artırır.

PECS proqramı hələ keçən əsrin sonu, 80-ci illərdə ABA doktoru E.Bondi ilə loqoped L.Frostun sıx əməkdaşlığı nəticəsində ərsəyə gəlib. İlk versiyadan sonra proqram daimi təkmilləşmişdir. Bugün PECS sistemi təkcə autizmli uşaqların üçün deyil, həmçinin nitq və ünsiyyət problemi olan digər pasientlər üçün də (eşitmə əngəlli, Sİ, PİL və s.) istifadə olunur.

5 il ərzində Endi Bondi PECS kartları vasitəsilə ünsiyyət öyrədilən 85 uşağı izləmişdir. Bu uşaqların hər biri təlimə başqa alternativ ünsiyyət vasitəsi və funksional nitqi olmadan başlamışdı. Qrupdakı uşaqlar PECS istifadə etməyə başlayanda hamısının 5 və daha az yaşı var idi. Hər birinə autizm diaqnozu qoyulmuşdu.

✅ 95%-dən çox uşaq ünsiyyət zamanı 2 və daha çox kartı mübadiləsi apara bilirdi.

✅ Demək olar hamısı başlayandan sonra 1 ay müddətində heç olmasa 1 kartı öyrənmişdilər.

✅ 66 uşaqdan 1 il ərzində PECS istifadə edənlərin 39-u (59%) niqti yeganə ünsiyyət vasitəsi kimi istifadə etməyə başladı.

✅ Bütün qrupdan (PECS-i 1 ay müddətindən çox istifadə edənlər) 25-i yəni 29% nitq və kartlardan eyni anda istifadə etməyə başladılar. 41-i isə yəni 48%-i yalnız nitqdən istifadə etməyə başladılar.

✅ Ümumilikdə tədqiqatda iştirak edən uşaqların 76%-i nitqi verbal nitqi yeganə ünsiyyət vasitəsi kimi və ya PECS kart sisteminə əlavə olaraq işlətməyə başladılar.