Qreqori Henli, davranış analitiki, BCBA-D, fəlsəfə doktoru.
Artıq 30 ildir ki, təlim prinsiplərini həm sağlamlıq imkanları məhdud olan, həm də olmayan uşaqların və böyüklərin sosial baxımdan əhəmiyyətli davranışlarını yaxşılaşdırmaq üçün tətbiq edir.
Dr. Henli Amerika Psixologiya Assosiasiyasının üzvüdür. Keçmişdə Behavior Analysis in Practice və Journal of Applied Behavior Analysis (Tətbiqi Davranış Analizi Elmi və Təcrübəsi) jurnallarının redaktoru olub.
O, əsasən problemli davranışların və yuxu problemlərinin qiymətləndirilməsi, müalicəsi və qarşısının alınması, həyati vacib bacarıqların inkişafı üçün təlim strategiyaları və sübut əsaslı metodlarla bağlı 100-dən çox elmi məqalə dərc edib.
Dr. Henli müasir ABA (Tətbiqi Davranış Analizi) yanaşmasının prinsiplərinin müəllifidir.
Müasir ABA terapiyası
Yardım etdiyi şəxsi başa düşməyə, onun maraqlarını və istəklərini öyrənməyə çalışır.
Rahat bir təlim mühiti yaratmağı, şagird və onun yaxınları üçün əhəmiyyətli bacarıqları inkişaf etdirməyi hədəfləyir.
Uşağın mümkün psixoloji travmasını nəzərə alır və qeyri-arzu olunan davranışı olan hər bir müştərinin kifayət qədər ağır təcrübə yaşadığını qəbul edir. Bu, onun anlaşılmaması, mühakimə edilməsi və narahatlıqla üzləşməsi ilə bağlı ola bilər.
Dinləmək, başa düşmək, istiqamətləndirmək və öyrətməyi əsas götürür, şagirdə hökm etməkdən çəkinir.
Şagirdlə əməkdaşlığı və telejenikliyi (bu, məşğələnin televiziya üçün nümayiş etdirilə biləcək qədər gözəl keçirilməsi deməkdir) prioritet kimi qoyur.
Autizmli uşaqları olan ailələr üçün xoşbəxt bir həyata gedən yolun bacarıqlar vasitəsilə qurulduğunu düşünür. Əsas bacarıqlar oyun, asudə vaxt, ünsiyyət, əməkdaşlıq və rədd edilməyə sakit yanaşma bacarıqlarıdır. Şagird bu bacarıqları mənimsədikdən sonra təlimin istiqaməti müxtəlif sahələrə yönəldilə bilər.
Bu yanaşma ilə uğurla həll edilən məsələlər
Dr. Henli və onun həmkarları tərəfindən müxtəlif praktik sahələrdə davranış mütəxəssisləri tərəfindən tətbiq olunan bir sıra prosedurlar hazırlanmışdır:
1. İnkişaf pozuntuları olan uşaqlarda və böyüklərdə xüsusilə təhlükəli davranışların korreksiyası (PFA).
İnteqrasiya olunmuş nəticələrin funksional təhlilinin (IISCA) açıq suallar əsasında müsahibə ilə həyata keçirilməsi.
Bacarıqlara əsaslanan təlim (SBT). Təlim zamanı şagirdin arzuolunmaz davranışlarını əvəz edən ümumiləşdirilmiş kommunikativ reaksiyalar formalaşdırılır, bu reaksiyalar tədricən çətinləşdirilir və tələblər əlavə edilir.
2. Qida qəbulu ilə bağlı problemli davranışların korreksiyası.
Bu proqramın mahiyyəti inkişaf pozuntuları olan uşaqlar və böyüklər üçün yeni qidaların məcbur edilmədən rasiona daxil edilməsindən ibarətdir.
3. Yuxu problemlərinin korreksiyası.
Bu proqram sağlam yuxu vərdişlərinin formalaşdırılmasını nəzərdə tutur. İnkişaf pozuntusu olan və ya olmayan həm uşaqlar, həm də böyüklər üçün tətbiq olunur.
4. “Balance” proqramı – əməkdaşlıq bacarıqlarının formalaşdırılması (preventiv yanaşma).
Uşağı hələ arzuolunmaz qaçınma davranışları formalaşmamışdan əvvəl böyüklə əməkdaşlığa və tapşırıqları yerinə yetirməyə öyrətmək. Adətən erkən yaşda inkişaf pozuntusu olan uşaqlar üçün tətbiq olunur.
5. PLS proqramı – uşaq bağçasına gedən məktəbəqədər uşaqlar üçün əməkdaşlıq bacarıqlarının formalaşdırılması.