cropped BrainAcademy logo

Müəllimlər

Brain Academy

Humay Yaqub qızı Mehdiyeva

1982-ci ildə dekabr ayının 3-də İsmayıllı rayonunun Kürdmaşı kəndində anadan olub. 2000-2004-cü illərdə Mingəçevir Müəllimlər Universitetində “İbtidai Təhsilin Metodikası” ixtisasını bitirib. 2004-2008 ci illərdə tədris mərkəzlərinin birində 1-4 cü siniflərin hazırlığı üzrə müəllim olaraq çalışmışdır. 2008-2011-ci illərdə sənədlərin arxivləşdirilməsi üzrə fəaliyyət göstərən şirkətdə müdir muavini olaraq çalışmışdır. 2012-2018 ci illərdə Loqos psixoloji mərkəzdə təlimlər almışdır. 2013-2015-ci illərdə özəl bağça və kurslarda çalışmışdır. 2015-ci ildə BRAIN “Mələklər Yuvası“ adlı uşaq bağçası və tədris mərkəzini yaratdı. 2016-cı ildə mərkəzin nitq və psixoloji inkişaf bölümü üzrə fəaliyyətini genişləndirdi. 2019-2024-cü illərdə dünyanın müxtəlif aparıcı təlim sistemlərini öyrənib mərkəzlərində tətbiqinə başlamışdır. 2019-cu ildə “Gələcək Nəslin Sağlamlığına Dəstək ” QHT formunu yaratmışdır. 2017-ci ildə mərkəzin ikinci filialının əsası qoyulmuş və istifadəyə verilmişdir. 2019-2020 ci illərdə mərkəzin üçüncü və dördüncü filialları fəaliyyətə başlamışdır. 2021-2024-cü illərdə Dağıstan Dövlət Pedaqoji Universitetində “Klinik Psixoloq” ixtisası üzrə magistr təhsili almışdır.

    Brain Academy

    Təbəssüm Paşa qızı Bəşirova

    2001 ci il İyun ayının 15-də Bakıda anadan olub. 2018- ci ildə 112 saylı tam orta məktəbi bitirib,həmin il Şuşa Humanitar Kollecinin Ailə və ev təhsili ixtisasına daxil olub. 2021-ci ildə kolleci bitirib ,2022-ci ildə BRAİN Academy Realibitasiya mərkəzində loqopediya üzrə təcrübə proqramına başlamışdır və bitirdikdən sonra Loqoped - Defektoloq vəzifəsində fəaliyyət göstərməyə başlamışdır.2023-cü ildə “ABA 1-ci modul nəzəri və prakiti” təlimini “BRAİN Academy”də uğurla bitirdi. 2024-ci ildə Aba Klinik Azərbaycan və CDC klinikdə bu fəalliyyətini davam etdirmişdir. 2025-ci ildə yenidən “BRAİN Academy” realibitasiya mərkəzində fəalliyətinə davam etdirmişdir.2022 -2024 cü illərdə “BRAİN Academy” Realibitasiya mərkəzində “ASP uşaqların təlim-təhsili ”üzrə 6 aylıq kurs, “Pep-r testi üzrə nəzəri praktiki” kurs,”Pecs kartlarının xüsusi təhsildə istifadəsi”, Liva Academy təhsil mərkəzində “Xüsusi Təhsildə Böyük Mator Bacarıqları”, ABA KLİNİK Autizm uşaqlarda “ABA terapiyasının istifadə qaydası”, “JOY” uşaq inkişaf mərkəzində TRAS uşaqlarda “Öyrənmə Çətinliyi” üzrə kurs,Silent Communication “İşarət dili” üzrə kursu uğurla başa vurmuşdur.

      Brain Academy

      Rəmziyyə Zahid qızı Seyidova

      1988 -ci ildə Bakı şəhərində anadan olub. 2006-cı ildə Azərbaycan Dövlət İqtisad universitetin kommersiya fakültəsini bitirib. Müvəfəqiyyətlə 2010-ci ildə bakalavr dərəcəsinə bitirib. 2010-2016-ci illərdə bank sektorunda çalışıb.2019-ci ildə qızının diaqnozunun ASP olduğunu öyrənib. 2019-2023-ci ildə İsvec krallığın Vesteros Malardalen Universitetində psixologiya ixtisasını bitirib. 2023-cü ildə “Brain Academy” mərkəzində çalışmağa başlamışdır. 2023-cü ildə “ABA 1-ci modul nəzəri və prakiti” təlimini “BRAİN Academy”də uğurla bitirdi .“Aba terapiya 40 saatlıq təlim və treninq”, “Jeton sistemin tətbiqi” təlimi, “PEP-R testinin tətbiqi”, ”Pecs kartlarının xüsusi təhsildə istifadəsi” təlimlərini almışdır.

        Brain Academy

        Əsmər Elşad qızı Mehtizadə

        2003-cü ildə dekabr ayının 2-də Bakı şəhərinin Suraxanı rayonunda anadan olub.2019-2023cü illlərdə Pedaqoji Kollecin “Təhsildə sosial psixologiya”ixtisasını bitirib.2021-ci il BRAIN Academy Realibitasiya Psixoloji və Nitq İnkişaf Mərkəzində 3 aylıq təcrübə proqramını bitirdikdən sonra kölgə müəllimə kimi iş fəalliyyətinə başlamışdır.2021-ci il iş fəaliyyətində ABA instruktor olaraq çalışmışdır. 2022-ci il Psixopedaqoq olaraq iş fəaliyyətinə başlamışdır. 2023-cü il fevral-may aylarında 5 nömrəli Bakı Peşə Liseyində “Psixoloq köməkçisi”olaraq təcrübə proqramından keçmişdir.2024-cü il aprel ayından BRAIN Academy Mərkəzində Psixoloq vəzifəsində işini davam etdirir. 2024-cü il BRAIN Academy Realitibasiya Psixoloji və Nitq inkişaf Mərkəzində təlimçi Ömərova Röyalə xanım tərəfindən “Pep-r testinin tətbiqi təlimini” almışdır. “Brain Academy” və “Liva Eğitim ilə Damışmanlık” tərəfindən verilən təlimlərdən uğurla keçdiyi üçün sertifikatlarla tərtif olunmuşdur.2024-cü il BRAIN Academy “xüsusi qayğıya ehtiyacı olan uşaqların inkişafına verdiyi əhəmiyyətli töhfələrə və fəaliyyətində göstərdiyi yüksək peşəkarlığa” görə təltif olunmuşdur.

          Brain Academy

          Nərmin Maqsud qızı Məmmədova

          2001-ci ildə noyabr ayının 17-sində Bakı şəhəri Xətai rayonunda anadan olub. 2019-2023-cü illərdə Odlar Yurdu Universitetində “Psixologiya” ixtisasını bitirib. 2022-cü ildə fevral may aylarında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində 4 aylıq təcrübədə olmuşdur. 2022-ci ilin noyabr ayından 2023-cü ilin fevral ayınadək İnci Psixoloji Mərkəzində “Uşaq psixologiyası” nəzəri və praktiki kursunu bitirmişdir. 2023-cü ilin mart-may aylarında İnci Psixoloji Mərkəzində ASP dioqnozlu uşaqlara könüllü işləmişdir. 2023-cü ilin iyun ayında BRAİN Academy Mərkəzində kölgə müəllimə olaraq işə başlamışdır,avqust ayında ABA instruktor vəzifəsinə keçid etmisdir . Noyabr ayından isə psixoloq olaraq mərkəzimizdə işini davam etdirir. 2023-cü ildə “ABA 1-ci modul nəzəri və praktiki” təlimini “BRAİN Academy”də uğurla bitirdi .“Aba terapiya 40 saatlıq təlim və treninq”, “Jeton sistemin tətbiqi” təlimi, “PEP-R testinin tətbiqi”, ”Pecs kartlarının xüsusi təhsildə istifadəsi” təlimlərini almışdır.

            Brain Academy

            Qoşqar Alqış oğlu Əliyev

            1995-ci ildə Qax rayonu Almalı kəndində anadan olub.2013-2017-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyə və İdman Akademiyası Univerisetetində "Yüngül atletika"ixtisasını bitirib. 2017-2018-ci illərdə "Kanner autizm yaşam"mərkəzində MBT mütəxəssisi kimi iş fəaliyyətinə başlamışdır. 2020-2022-ci illərdə "Naftalan Autizm İdman və Yaşam" mərkəzində MBT mütəxəssisi kimi çalışmışdır. 2022-2025-ci illərdə "Brain Academy"də MBT mütəxəssisi olaraq çalışır. "AAASS" tərəfindən ilin ən yaxşı təlimçisi adına laiq görülmüşdü."Brain Academy"və "Liva Eğitim ile Danışmanlık" tərəfindən verilən təlimlərdən uğurla keçdiyi üçün sertifikatlarla tərtif olunmuşdur. "Brain Academy" tərəfindən “Xüsusi qayğıya ehtiyacı olan uşaqların inkişafına verdiyi əhəmiyyətli töhfələrə və fəaliyyətində göstərdiyi yüksək peşəkarlığa görə” təltifnamə verilib.